22 dekabr 2014 17:00

Elxan Abdullayev: Millidə çıxış edən futbolçu azarkeşlərə reaksiya verməməlidir

Futbol üzrə Azərbaycan yığmasının məşqçisi Elxan Abdullayevin azerisport.az saytına müsahibəsi

- Premyer Liqanın 18-ci turu çərçivəsində keçirilən "Qəbələ" - "İnter" matçını izlədiniz. Oyunla bağlı nə deyə bilərsiniz?
- Yığmamızın potensial üzvlərinə baxmaq üçün bura gəlmişdim. Bu mənada hər bir yerli futbolçunun çıxışına baxdım. Çünki onların hər biri milliyə namizəddir. "Qəbələ" bu oyuna 7 yerli futbolçu ilə başladı. Bu baxımdan "İnter"dən azacıq üstünlüyü vardı. Prinsipcə, nəticə qanunauyğundur. Baxmayaraq ki, Dodonun dirəkdən dönən zərbəsi olmasaydı, meydan sahibləri qələbə də qazana bilərdilər.

- Hər iki komandanın qapıçıları - Kamran Ağayevlə Səlahət Ağayevin çıxışı barədə nə deyə bilərsiniz?
- Kamran qol buraxdıqları epizodda kobud səhvə yol verdi. Səlahətin də kiçik səhvləri var idi. Amma bütövlükdə, yaxşı oynadı.

- Kamranın iştirakıyla yaranan qalmaqala münasibətiniz necədir?
- İstənilən futbolçu emosional şəkildə nəsə edə bilər və bunu başa düşmək olar. Amma mən hesab edirəm ki, peşəkar idmançı, xüsusilə də yığmada çıxış edən futbolçu belə bir hərəkətə yol verməməlidir. O, öz emosiyalarına sahib çıxmalıdır.

- Ənənəvi olaraq yığmaya çağırılan futbolçuların çıxışını necə qiymətləndirə bilərsiniz?
- Cavid Hüseynov pis təsir bağışlamadı. Çox çalışırdı, istəkli olduğu hiss olunurdu. "İnter"in sağ cinah müdafiəçisi Məhəmməd Mirzəbəyovun da oyununu qeyd etmək istərdim. Qonaqların sol cinah müdafiəçisi Arif Daşdəmirov da xoşuma gəldi. Hər ikisi hücumlara mütəmadi qoşulurdu, yaxşı təsir bağışlayırdılar.

- Yeni futbolçu kəşf edə bildiniz?
- Prinsipcə, bütün futbolçuları tanıyıram. Təəssüf ki, hazırda yerli futbolçularımızda sabitlik çatışmır. Futbolçuya bir oyuna görə qiymət vermək olmaz. Bu gün özünü yaxşı tərəfdən göstərənlər sabah fərqli futbol sərgiləyə bilərlər. Kimlər ki, hər oyunda yaxşı təsir bağışlayacaq, yığmaya da onlar dəvət olunacaqlar. Məsələn, mən indi Mirzəbəyovu, Hüseynovu, Daşdəmirovu təriflədimsə, onların sabah yığmada olacağını demək olmaz. Onlar bu cür oyunu hər dəfə təkrarlamalıdırlar.

- Xüsusi bir siyahı var ki, bundan sonra ancaq həmin oyunçuları izləyəsiniz?
- Xeyr. Bir daha qeyd edirəm ki, istənilən azərbaycanlı futbolçu yığmaya çağırılmaq şansına malikdir. Hər biri nəzəri olaraq, millinin üzvüdür. Biz hər bir yerli futbolçunu izləyirik.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.