22 dekabr 2014 15:55
Xəzər Lənkəran ciddi dəyişikliklərin astanasında
"Xəzər Lənkəran" rəhbərliyi gələcəklə bağlı siyasətində böyük dəyişikliklər etməyə hazırlaşır. Azerisport.az xəbər verir ki, böyük ehtimalla klubun siyasəti dəyişəcək, büdcə isə azaldılacaq.
2015-ci ilin əvvəlində klub rəhbərliyi komandada gəncləşdirmə siyasəti aparmağa hazırlaşır. Belə olan halda böyük ehtimalla Oğuz Çətin də artıq komandanın sükanı arxasında yer almayacaq. Onun yerli məşqçilərdən biri ilə əvəzlənməsi gözlənilir.
Hazırda cənub klubunun qış hazırlıq prosesini harada keçirəcəyi də bəlli deyil.
