22 dekabr 2014 14:50

Elvin Məmmədov: İkinci epizodda heç bir kobudluq etməmişdim

"İnter"in yarımmüdafiəçisi Elvin Məmmədovun azerisport.az saytına müsahibəsi

- "Qəbələ" ilə oyundakı çıxışınızdan razı qaldınız?
- Gərgin qrafiklə oynadığımızı nəzərə alsaq, yorğunluq vardı. Həm də futbolçularımız sintetik örtükdən təbii ot örtüyünə keçmişdi. Bunun da öz çətinlikləri var. Çətin oyun olsa da, bir xal qazana bildik.

- Amma oyun sizin üçün daha erkən bitdi: iki xəbərdarlıqdan sonra meydandan qovuldunuz...
- Karyeramda ikinci dəfədir ki, meydandan qovuluram. Birincisi "Bakı"da olmuşdu. Bu dəfə aldığım qırmızı vərəqə az qala komandamın oyununa təsir edəcəkdi. Bəs biz uduzsaydıq, necə olacaqdı?

- İkinci hissədə Fariz Yusifov Mikel Alvaronu vuran Kamran Ağayevin hərəkətini görmədi. Amma sizi cəzalandırdı...
- Hakimlikdən danışmaq istəmirəm. Fariz Yusifov təcrübəli hakimdir. Amma onun məni niyə meydandan qovduğunu anlamadım. Çünki ikinci epizodda heç bir kobudluq etməmişdim. Mən topa qaydanı pozmadan toxunmuşdum. Artıq gecdir. Ona zəng edib, bunun səbəbini soruşacağam, görüm nə deyəcək.

- "İnter"in bu oyunda 1 xal qazandığını demək olar, ya iki xal itirdiniz?
- Biz liderlik uğrunda mübarizə aparırıq. Ona görə də bu, istənilən halda bizim üçün xal itkisidir. Qələbə çox yaxşı nəticə olardı. Amma heç-heçə də normal nəticədir.

- "İnter" bu mövsüm xeyli oyununu heç-heçə başa vurub...
- Qəbələyə qələbə üçün gəlmişdik. Amma üç xal qazanmaq mümkün olmadı. Bundan öncə "Sumqayıt", "Simurq" və AZAL-la oyunlarda da az xal itirməmişik.

- Baş məşqçinin texniki zonada yer ala bilməməsi çıxışınıza təsir göstərir?
- Bəli, çox. Amma o, bizi tribunadan izləyir və öz göstərişlərini verir.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.