22 dekabr 2014 14:40
Məşqçilər komitəsi klublar komitəsi ilə görüşdü
Bu gün AFFA məşqçilər komitəsinin üzvləri Topaz Premyer Liqasında çıxış edən klublardan təşkil olunmuş klublar komitəsi ilə görüşüb. Bu barədə azerisport.az saytına açıqlamasında məşqçilər komitəsinin rəhbəri Vaqif Sadıqov məlumat verib.
Onun sözlərinə görə, bu görüş saat 13:00-da "Four Season" otelində başlayıb.
Qeyd edək ki, 15:00-da klublar komitəsinin də iclası olacaq. Həmin toplantıda bir sıra mühüm qərarların verilməsi gözlənilir.
