22 dekabr 2014 11:15

Danilo Dias: Qarabağ 2015-ci ildə məndən daha çox fayda görəcək

"Qarabağ"ın yarımmüdafiəçisi Danilo Diasın azerisport.az saytına müsahibəsi

- "Sumqayıt" üzərində qələbə ilə bağlı nə deyə bilərsiniz?
- İlin son matçı idi. Futbolçular artıq istirahəti düşünməyə başlamışdılar. Ona görə də bu oyunda bizə çətin oldu. Çempionatın autsayderlərindən birinə qarşı oynasaq da, asan qələbə qazandığımızı deməzdim. Pis oynamadıq. Layiqli qələbə qazandıq. Artıq evə yolllanıb istirahət edə bilərik.

- "Qarabağ" üçüncü dövrə üçün də yaxşı xal fərqi yarada bildi...
- Bu, bizi arxayınlaşdırmamalıdır. Əminəm ki, əsas izləyicilərimiz bizi qabaqlamaq ümidini itirməyiblər və bunun üçün çempionatın qalan dövrü ərzində əllərindən gələni edəcəklər. Bizə isə sadəcə, sabit oyun sərgiləmək qalır.

- İstənilən halda komandanız qış çempionudur...
- Buna görə nəsə bağışlasaydılar, bayram edərdik (gülür). Mövsümün əvvəli ilə müqayisədə həyatım çox dəyişib. Mən böyük bir ailənin, komandanın içinə düşmüşəm. "Qarabağ"ın bir parçası olmaq sevindiricidir. Özümü burada xoşbəxt hiss edirəm.

- Hətta mövsümün böyük bir hissəsini buraxmalı olsanız da?
- Bəli. Zədə səbəbindən Avropa Liqasında komandama kömək edə bilmədim. Amma Allaha şükürlər olsun ki, komandam mənsiz də layiqli çıxış etdi. Uşaqlar və Qurban Qurbanova məni dəstəklədiklərinə görə təşəkkürümü bildirirəm.

- Hazırda özünüzü necə hiss edirisiniz?
- "Xəzər Lənkəran"a qarşı oyunda son iki dəqiqədə meydanda oldum. "Sumqayıt"la qarşılaşmada isə 20 dəqiqə oynadım. Tədricən əvvəlki formamı bərpa etməyə çalışıram. Rəsmi oyunların startına qədər 100 faiz hazır olacağımı düşünürəm. 2015-ci ildə "Qarabağ" məndən daha çox fayda görəcək. Baş məşqçi mənə inanır və mən də bu inamı öz oyunumla doğrultmaq istəyirəm.

- Baş məşqçinizdən çox razı görünürsüz. Artıq iki dəfə onun adını çəkdiniz...
- Qısa zaman ərzində onu tanıya bildim. Qurban Qurbanova böyük hörmətim var. O, mənim həm bir insan, həm də məşqçi kimi xoşuma gəlir. Onunla işləmək çox xoşdur. Böyük peşəkardır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.