21 dekabr 2014 17:20

Sənan Qurbanov: Qəbələ 3 xala layiq oynadı

"Qəbələ"nin məşqçisi Sənan Qurbanov Topaz Premyer Liqasının 18-ci turu çərçivəsində "İnter"a qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin çalışdırıcısı 1:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Oyuna yaxşı köklənmişdik. Futbolçular oyun saatını gözləyirdi. Futbolçulara təşəkkür edirəm. Meydanda canlarını qoydular. Düşünürəm ki, fasilədən sonra “Qəbələ” daha yaxşı futbol sərgiləyəcək. Ümumi götürsək, komandamız 3 xala layiq oynadı. Lakin bir qədər şanssızlıq oldu. Azarkeşlərlə Kamran Ağayev arasında insident oldu. Bunu pisləyirəm. Azarkeş oyunçunu təhqir etməməlidir. Eyni zamanda, qapıçı da buna reaksiya verməməli idi. Amma emosiyalarını saxlaya bilmədi. Futbolda belə halları pisləyirəm. Bundan öncə problemləri meydana çıxanda Kamrana dəstək olduq. Millinin qapıçısı həmişə yaxşı futbol oynayıb. Futbolçunu itirmək asandır, onu qazanmaq lazımdır. Biz də məsələyə bu prizmadan yanaşdıq”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.