21 dekabr 2014 00:05

Dövrənin və ilin son turu

Bu gün Topaz Premyer Liqasında 18-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, həm ikinci dövrəyə, həm də mövsümün ilk yarısına yekun vuracaq qarşılaşmalar 2014-cü ilin son oyunları olacaq.

Turun qarşılaşmaları eyni gündə baş tutacaq. “Xəzər Lənkəran” doğma meydanda AZAL-la üz-üzə gələcək. Ardıcıl 4 qarşılaşmada qalibi müəyyənləşdirə bilməyən komandalar 26-cı dəfə üz-üzə gələcək. Rəqiblər arasındakı son 5 matçda hər iki komanda qol sevinci yaşayıb. AZAL 8 matçdır meydanı qolsuz tərk etmir. “Xəzər Lənkəran” son 4 ev oyununda qalib gəlməyib və ardıcıl 5 dəfə 1 qol vurub. Cənublular bütövlükdə bu rəqibinə 13 dəfə qalib gəlib. 8 dəfə heç-heçə qeydə alınıbsa, "təyyarəçilər" 4 görüşdə 3 xala sevinib. Top fərqi də "ağ-yaşıllar"ın xeyrinədir - 33:18. Son turda "Qarabağ"a məğlub olan Oğuz Çətinin komandası həmin yenilgini unutdurmağa çalışacaq. AZAL isə uğursuz gedişata son qoymaq ümidindədir. İlk dövrədəki oyunda tərəflərin 1:1 hesablı heç-heçəyə razılaşdığını da xatırladaq.

Eyni saatda başlayacaq digər görüşdə “Qəbələ” və “İnter” qarşılaşacaq. Bu komandalar da indiyə qədər 25 dəfə qarşılaşıblar. “İnter” son 3 oyunda rəqibinə uduzmayıb. “Qəbələ”nin meydanındakı son 3 görüşdə isə hər iki komanda qol sevinci yaşayıb. Əyalət təmsilçisi evdəki son 5 qarşılaşmada qol vurub. Bütövlükdə, "Qəbələ" 5, "İnter" 13 qələbəyə sevindiyi halda, 7 matçda da tərəflər 1 xala razılaşıblar. Top fərqi də paytaxt təmsilçisinin xeyrinədir - 38:19. İlk dövrədə keçirilmiş oyunda "bankirlər" "Qəbələ"yə 4:0 hesabıyla üstün olmuşdular. Son turda "Neftçi"ni əzmkar qələbə ilə üstələyən "İnter" Qəbələdə də 3 xal əldə edib, liderlər qrupundakı mövqeyini yaxılaşdırmağa çalışacaq. Amma hələlik, Sənan Qurbanovun ümidinə qalan bölgə təmsilçisinin üzvləri də doğma azarkeşlərinin və yeni baş məşqçisi Roman Qriqorkuçun gözü önündə qələbə qazanmaq üçün əlindən gələni edəcək.

Son çempion “Qarabağ” “Sumqayıt”la münasibətlərinə aydınlıq gətirəcək. Cari mövsümün ilk turunda legioner limitinin pozulması üzündən texniki məğlubiyyət alan Ağdam klubu bu rəqibi ilə son iki görüşdə xal qazanmayıb. Lakin Ağdam klubu son 3 ev matçında böyükhesablı qələbə əldə edib. Ümumiyyətlə, “Qarabağ” “Sumqayıt”la matçlarda ya böyükhesablı qələbə qazanır, ya da xal itirir. Çünki onların bütün qələbələri 3 və daha çox top fərqilə qeydə alınıb. Ağdam klubunun 5 qələbəsi olduğu halda, "şəhərlilər" 3 dəfə 3 xala sevinib ki, onlardan da biri texniki qələbə sayəsində mümkün olub. Daha 1 görüşdə isə qalib müəyyənləşməyib. Top fərqində də Qurban Qurbanovun komandasının diqqətçəkən üstünlüyü var - 21:5.

Turun qapanış matçında “Simurq” “Bakı”nı qəbul edəcək. “Simurq” son 7 oyunda “Bakı”dan xal almayıb. Paytaxt təmsilçisi isə 11 oyundur uduzmur. Bütövlükdə, bu komandalar arasında 21 oyun baş tutub ki, onların 3-də Zaqatala klubu, 11-də "zolaqlıalr" qələbə qazanıb. 7 görüşdə isə tərəflər 1 xala razılaşıblar. Paytaxt klubu top fərqində də öndədir - 25:14. İlk dövrədə keçirilən oyunda heç kimin gözləmədiyi halda "Bakı" "Simurq"a 2:1 hesabıyla qalib gəlmişdi. Bu üzdən də Georgi Çixradzenin komandası mütləq həmin məğlubiyyətin revanşını almağa çalışacaq.

Topaz Premyer Liqası
18-ci tur

21 dekabr

15:00. “Xəzər Lənkəran” - AZAL
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov.
AFFA nümayəndəsi: Ramiz Abdullayev.
Hakim-inspektor: Əhmədağa Cabbarov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

15:00. “Qəbələ” - “İnter”
Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev.
AFFA nümayəndəsi: Məmmədəli Məmmədov.
Hakim-inspektor: Gülağa Cabarov.
Qəbələ şəhər stadionu.

15:30. “Qarabağ” - “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov.
AFFA nümayəndəsi: Oqtay Abdullayev.
Hakim-inspektor: Xaqani Məmmədov.
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. “Simurq” - “Bakı”
Hakimlər: Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev.
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev.
Hakim-inspektor: Şahin Cəfərov.
Zaqatala şəhər stadionu.
 

1Qarabağ1594227-1731
2İnter1577125-628
3Neftçi1575319-1226
4Xəzər Lənkəran1554621-1919
5Simurq1553720-2018
6Qəbələ1546518-2318
7AZAL1444617-2416
8Sumqayıt1543819-2515
9Bakı1524911-3110
10Araz Naxçıvan00000-00

Bombardirlər:
8
- Mikel Alvaro (“İnter”).
7 - Nurlan Novruzov ("Bakı"), Məhəmməd Qurbanov (“Sumqayıt”).
6 - Draqan Çeran ("Simurq"), Junior Nildo ("İnter").
5 - Cavid Hüseynov ("Qəbələ").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.