20 dekabr 2014 19:45

AFFA-dan Allahverdiyev və Sxadadze imtinası

AFFA-nın Apellyasiya və Ekspert Komitəsi iclas keçirilib. Azerisport.az xəbər verir ki, iclasda “Neftçi” (Elnur Allahverdiyevin cəzasının yüngülləşdirilməsi), “İnter” (Kaxaber Sxadadzenin cəzasının ləğv olunması), “Araz Naxçıvan” futzal klubu (Rəcəb Fərəczadənin cəzasının yüngülləşdirilməsi) və “Fənər” futzal klubu (Dmitri Komenko və Yevgeni Valenkonun cəzalarının yüngülləşdirilməsi) tərəfindən daxil olmuş müraciətlərə baxılıb.

Müzakirələrdən sonra aşağıdakı qərarlar qəbul olunub:

1. “Neftçi”nin futbolçusu Elnur Allahverdiyev barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

2. “İnter”in baş məşqçisi Kaxaber Sxadadze barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qüvvəsində saxlanılsın.

3. “Araz Naxçıvan” futzal komandasının futbolçusu Rəcəb Fərəczadə barədə barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Rəcəb Fərəczadə intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Rəcəb Fərəczadə analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

4. “Fənər” futzal komandasının futbolçusu Yevgeni Valenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Yevgeni Valenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 1 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Yevgeni Valenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun.

5. “Fənər” futzal komandasının futbolçusu Dmitri Komenko barədə AFFA-nın İntizam Komitəsinin qəbul etdiyi qərar qismən dəyişdirilsin. Futbolçu Dmitri Komenko intizam tədbiri olaraq 2 oyunluq kənarlaşdırılsın, digər 2 oyunluq cəzadan isə 6 aylıq sınaq müddəti təyin olunmaqla azad olunsun. 6 aylıq sınaq müddəti ərzində Dmitri Komenko analoji hərəkətlərə yol verəcəyi təqdirdə ona təyin olunmuş intizam tədbiri hazırkı azad olunmuş cəzaya əlavə olunsun. (AFFA)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.