20 dekabr 2014 14:39

"Millinin qapısını ölkənin ən yaxşı qolkiperi qoruyacaq"

Futbol üzrə Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin qapıçılarla iş üzrə köməkçisi təyin olunan Faiq Əzizovun azerisport.az saytına müsahibəsi

- Təyinatınız barədə nə deyə bilərsiniz?
- Mənə də bu barədə dünən xəbər verdilər. Şadam ki, yenidən yığmada çalışacağam. Bununla qürur duyuram. Məsuliyyətli işdir. Çünki ölkəmizdə qapıçılar çox müzakirə olunurlar.

- Prosineçkinin seçimi sizin üzərinizdə edəcəyini gözləyirdiniz? Çünki sizdən öncə bu postda Rauf Mehdiyev çalışırdı...
- Mümkündür ki, o, mənim yığmada və ölkə xaricində iş təcrübəmin olmasına diqqət yetirib. Üç il Birləşmiş Ərəb Əmirliklərində, altı il yığmada fəaliyyət göstərmişəm.

- Əvvəllər millidə "bir nömrə" Kamran Ağayev sayılırdı. Amma indi Səlahət Ağayev də var...
- Elədir. Elə Norveçlə oyunu götürək. Həmin görüşdə Kamran ehtiyatda qaldığı halda, qapıda Səlahət durmuşdu.

- Seçim etmək çətin olmayacaq?
- Niyə çətin olmalıdır ki? Qapıda ölkənin ən yaxşı qolkiperi duracaq. Kim çempionatda, yığmanın toplanışlarında daha yaxşı təsir bağışlayacaqsa, çərçivəni də ona tapşıracağıq. Bizdə ikili standart olmayacaq.

- Bəs siz indi onlardan hansını ən yaxşı sayırsınız?
- Son dövrlərdə həm Kamran, həm də Səlahət öz klublarında normal çıxış edir. Kamranda bir ara məlum düşüş var idi. Amma indi əvvəlki formasını bərpa etməyə başlayıb. Növbəti ildə hər ikisinin yaxşı vəziyyətdə olacağını düşünürəm. Yığmada rəqabət heç kimə mənfi təsir göstərmir.

- Ağayevin durumu ilə maraqlanmısınız?
- Bu təyinatdan sonra qapıçılarımızın klublardakı durumu ilə bağlı daha çox maraqlanacağam. Kamranın müəyyən problemləri var idi. Şübhəsiz ki, bu, onun oyununa təsirsiz ötüşə bilməzdi. Qapıçı psixologiyası meydan oyunçularından çox fərqli olur.

- Qapıçı seçimini siz edəcəksiniz, ya Prosineçki?
- Bunu işin gedişi zamanı biləcəyəm Biz sadəcə, bir dəfə görüşmüşük.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.