20 dekabr 2014 14:15
Emeqara Qarabağı tərk etdi
"Qarabağ"ın isveçrəli hücumçusu İnnosent Emeqara Ağdam klubunu tərk edib. Azerisport.az xəbər verir ki, o, bir müddət öncə ailəsindəki problemlərə görə Azərbaycandan getmişdi.
Klubdan verilən məlumata görə, o, artıq Ağdam təmsilçisinin düşərgəsinə qayıtmayacaq.
Qeyd edək ki, Emeqara "Qarabağ"a oktyabrın əvvəlində gəlmişdi.
