20 dekabr 2014 11:45

Sxadadze: Azərbaycanda nə qədər belə oyun olsa, o qədər yaxşıdır

“İnter”in hücumçusu Baçana Sxadadze “Neftçi” ilə oyundan sonra azərisport.az saytının suallarına cavab verib.

- "Neftçi" üzərində qələbə qazandınız, hərçənd oyuna pis başlamışdınız...
- Çox maraqlı oyun oldu. Yəqin ki, bu fikrimlə razılaşarsız. Hamı bu oyundan zövq aldı. Həm azarkeşlər, həm də oyunçular. Bu gün biz qalib gəldik, amma sabah “Neftçi” qələbə qazana bilər. Əsas odur ki, Azərbaycan futbolunda belə oyunların sayı çox olsun. İlk dəqiqələrdə maksimum gücümüzü göstərmədik. Əsas odur ki, yaradılan şəraitdən istifadə edə bildik.

- Start heyətdə olmamağın hazırlığınla bağlıdır, yoxsa...
- Bu, sırf baş məşqçinin qərarıdır. Mən də bu qərar hörmətlə yanaşıram. “Neftçi” ilə ilk dövrədəki oyunda zədə almışdım. Zədəmi yenicə bərpa edirəm. Hələ meydana çıxmağa tam hazır deyiləm. Tam formamı bərpa etməmişəm. Meydana əvəzetmədən daxil oldum və çalışdım ki, qələbədə payım olsun. Öz oyunum haqda nəsə desəm, düzgün çıxmaz. Bunu mütəxəssislər şərh edə bilər. Yalnız onu deyim ki, komandama kömək etdiyim üçün şadam.

- İkinci hissədə hakimdən penalti tələb edirdiniz. Həmin epizodda nə baş vermişdi?
- Hamı səhv edir. Hakimlik barədə danışmaq istəmirəm. Futbolçuyam, ədalət qoruyucularının qərarlarını şərh etmək mənim işim deyil. Dəqiq olaraq “orada penalti var idi” deyə bilmərəm. Düzdür, ilk başda penalti olduğunu düşündüm. Amma epizodun təkrarına baxmaq lazımdı.

- Sona yaxın meydanda tez-tez mübahisə yaranırdı. Bu, nədən irəli gəlirdi?
- “Neftçi”nin üzvləri bəzi epizodlarda kobud oynasalar da, bu, normal haldı. Hətta deyərdim, yaxşı idi. Komanda hesabda geridə olarkən əsəblər tarıma çəkilir. Əsas odur ki, meydanda heç kim çirkin işlərlə məşğul olmurdu. Əsl mübarizə gedirdi. Azərbaycan çempionatında nə qədər belə oyun olsa o qədər yaxşıdır.

- 3 gün sonra “İnter”i daha bir çətin oyun gözləyir. “Neftçi”nin aqibətini “Qəbələ”yə də yaşada biləcəksiniz?
- Vaxt azdı. Cəmi 2 gün məşq edəcəyik, sonra isə oyuna çıxacağıq. Amma şikayətlənməyə əsas yoxdur. Rəqib də bu gün oyun keçirib, biz də. Çətin oyun olacaq. Görüşə ciddi hazırlaşmalıyıq. İnanıram ki, gücümüzü bərpa edib, istədiyimiz nəticəni qazanacağıq.

- "İnter" ikinci pilləyə yüksəlməklə liderə yaxınlaşdı. Bu mövsüm əvvəlkindən daha yaxşı başlamısınız...
- İndi sonluq haqda danışmaq tələskənlikdir. Fasilə ərəfəsində son oyun Qəbələdə olacaq. Bu baxımdan qələbə vacibdir. İstəyirik fasiləyə qələbəylə yollanaq. Biz hər zaman iddialı komanda olmuşuq. Sadəcə sonluq hər zaman istədiyin kimi olmur.

- "Qəbələ"yə yeni baş məşqçi təyin olunub. Bu mənada siz səfərdəki matçın favoriti sayıla bilərsiniz?
- Futbolçular hər zaman yeni baş məşqçiyə özünü göstərmək istəyir. Ona görə çətin oyun olacaq. Rəqibin heyətində kifayət qədər yaxşı futbolçular var. Oyunun taleyini həll etməyi bacaran futbolçuları az deyil. Bu mənada biz artıq "Neftçi" üzərində qələbəni unutmalıyıq.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.