20 dekabr 2014 00:00

Tahir Gözəlin UEFA-dakı gözlənilən görüşü baş tutdu: Marketti Qarabağ haqda nə dedi?

"Qarabağ"ın vitse-prezidenti Tahir Gözəl UEFA-nın yarışlar üzrə direktoru Corcio Marketti ilə görüşüb. Azerisport.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində baş tutan görüşdə Avropa Liqasının qrup mərhələsinin 6-cı turunda Bakıda İtaliya "İnter"i ilə keçirilən matçda baş verənlər müzakirə olunub.

Marketti "Qarabağ"ın vitse-prezidentini olduqca səmimi qarşılayıb. Görüş 1 saat davam edib. Tahir bəy UEFA məmuruna öncəliklə "Qarabağ" haqqında məlumat verib. Ağdam klubunun Azərbaycanın eyniadlı bölgəsinin təmsil etdiyini vurğulayıb, komanda və reallıqlar haqqında geniş danışıb. "Qarabağ"ın bütün Azərbaycan üçün özəl anlayış olduğunu, "Qarabağ"ın 1 milyon məcburi köçkünü təmsil etməsini, onların ümid işığı, təsəllisi olduğunu ifadə edib. Tahir bəy ardınca "Qarabağ"ın çıxışından danışıb. Ölkə miqyasında qazanılan uğurun qlobal anlamda necə vacib  olduğunu vurğulayıb. Tahir bəy İtaliya "İnter" ilə son oyunda baş verən məlum olaya toxunub. Baş verən haqsızlığı sadəcə, bir futbol komandasının uğursuzluğa düçar olunması deyil, milyonlarla insanın üzüntüsü, haqqlarının tapdalanması kimi dəyərləndirib. UEFA-nın məsələylə bağlı ən doğru qərar çıxaracağına əminliyini bildirib.

Marketti isə öz növbəsində baş verən olayla əlaqədar UEFA-nın müfaviq qurumlarının iclasında baxılacağını bildirib. O, məsələylə bağlı səlahiyyətli qurumların fevralın 5-də ən doğru qərarı çıxaracağını ifadə edib. Baş vermiş epizodla bağlı daha dəqiq rəyin müfaviq qurumların dəyərləndirəcəyini söyləyib. Hakimin xətası təsdiqləndiyi halda ən ədalətli qərarla cəzalanacağına əminliyini ifadə edib. Hakimlərin fəaliyyətinə daim UEFA tərəfindən ciddi nəzarət olduğunu bildirib. İstənilən halda UEFA hakimlik məsələsinə çox həssas yanaşır. Hakimlər xəta etdiyi zaman karyerasına ciddi zərbə vuracağını yaxşı anlayır. Eyni zamanda uğurlu idarəcəlik zamanı da daha çox təqdir qazanmış olurlar. Qeyd olunan iclasda alınacaq qərarla razılaşmayacağı təqdirdə, "Qarabağ"ın klub olaraq etiraz hüququnun olduğunu bildirib. Alınacaq qərarla razılaşmasa, Ağdam klubu UEFA-nın bayrağı altında olan digər klublar kimi, daha ali məhkəməyə müraciət etmək imkanına malik olacaq.

Marketti həmçinin "Qarabağ"ın uğurlu çıxışını təqdir edib. Ağdamlıların qarşıdakı illərdə daha böyük uğurlar əldə edəcəyinə inandığını bildirib. O, həmçinin daha öncə Bakıda olduğunu, paytaxtın günü-gündən dəyişərək inkişaf və tərəqqisini yüksək qiymətləndirib. Ən sonda "Qarabağ"ın böyük müvəffəqiyyətlər qazanacağına əminliyini bir daha ifadə edərək, komandamıza uğurlar arzulayıb. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.