19 dekabr 2014 13:15

Rəşad Sadıqov: İlk qolda səhvim olduğuna görə, XL üzərində qələbə mənim üçün daha vacib idi

"Qarabağ"ın kapitanı Rəşad Sadıqovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran" üzərindəki səfər qələbəsi barədə nə deyə bilərsiniz?
- Hər iki komanda qələbəyə layiq idi. Maraqlı oyun alındı. Fikrimcə, stadiona gələn azarkeşlər buna görə peşman olmadılar. Bərabər oyun oldu. Qarşılaşma heç-heçə də başa çata bilərdi. Əsas odur ki, xarakter nümayiş etdirib, qalib gələ bildik. Bu qələbə mənim üçün daha vacib idi. Çünki buraxdığımız ilk qolda mənim səhvim var idi. Uşaqlar sağ olsun ki, məğlub olmağımıza imkan vermədilər.

- Ölkə prezidenti ilə görüşünüz bu qələbəyə öz töhvəsini verdi?
- Təkcə bu oyuna yox, ümumiyyətlə, komandadakı vəziyyətin yaxşılaşmasına köməyini göstərdi. "Xəzər Lənkəran"la oyunda komandanın əhval-ruhiyyəsinin yaxşılaşdığı hiss olunurdu.

- Milan "İnter"i ilə oyunun yenidən baş tutacağına inanırsınız?
- Biz artıq həmin oyunu unutmuşuq. Düzdü, bu, çətindir. Amma başqa çıxış yolumuz yoxdur. Artıq püşkatma da keçirilib və heç nəyi dəyişmək mümkün deyil. Avroliqanı nə qədər tez unutsaq, bir o qədər yaxşıdır. Bunu bütün azarkeşlərimizə də məsləhət görürəm.

- "Qarabağ"ın hansı mövqedə güclənməyə ehtiyacı var?
- Bizim üçün daha vacib olan zədəli futbolçularımızın sıraya dönməsidir.

- Sizə elə gəlmir ki, "Qarabağ" Çumbinyo və Reynaldosuz da oynamağı bacardığını göstərib?
- Biz bunu əvvəllər də göstərmişdik. Əgər oyunumuzu bir-iki futbolçunun üzərində qursaq, bu, bizə baha başa gələ bilər.

- Amma "Qarabağ" Avroliqanın pley-offuna yüksəlsəydi, belə danışmaşdınız. Razısınız?
- Hər şeyin öz gözəlliyi bar. Qismət belə imiş. Əsas odur ki, azarkeşlərimiz bizdən razı qaldılar. Onların sevincini heç nə ilə əvəz etmək olmaz. Həmişə azarkeşlərimizi sevindirməyə çalışmışıq. Bizim uğurlarımızdan adi vətəndaşdan tutmuş ölkə rəhbərliyinə kimi hər kəs danışır.

- "İnter"lə oyundan sonra demişdiniz ki, bəlkə bir də qrup mərhələsində oynamaq şansınız olmayacaq. Karyeranızı başa vurmağa hazırlaşırsınız?
- Xeyr, hələ neçə il oynayacağıma qərar verməmişəm. Ola bilər ki, mənim bir daha qrupdan çıxmaq şansım olmasın. Amma bunu emosiyalara qapılaraq demişdim. İki dəfə "Neftçi" ilə çempion olduqdan sonra həmişə belə uğurlar qazanacağımı düşünürdüm. Amma növbəti çempionluğumu 8 il sonra qazandım. Ona görə tamamilə mümkündür ki, bir daha qrup mərhələsində oynamayım. Bu, həyatdır.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.