19 dekabr 2014 12:15

Elnur Məmmədov: Neftçi AZAL-ı darmadağın edəndə, Arif Əsədovu qınayan yox idi

"Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov azarkeşlərin komandanın baş məşqçisi Arif Əsədovu istefaya səsləməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:

"Məşqçiyə bir oyuna görə qiymət vermək düzgün deyil. Bəli, təəssüf ki, 1:0 hesabıyla öndə olduğumuz oyundan məğlub ayrıldıq. Amma baxın görün neçə futbolçumuz heyətdə yox idi. Buna görə Əsədov da eksperimentlər etmək məcburiyyətində qalmışdı. Komandanın ikinci hissədə müdafiə futbolu oynadığı barədə fikirlərlə də razı deyiləm. AZAL üzərində 4:0 hesablı qələbə qazananda Əsədovu heç kim müdafiə futboluna görə qınamamışdı. Digər tərəfdən, "Qarabağ"la "İnter" öz baş məşqçilərinin rəhbərliyi altında beş ildən çoxdu oynayır. Belə sabitlik oyunçular üçün çox vacibdir. Əsədov isə cəmi bir neçə aydır "Neftçi"yə gəlib və komanda ilə toplanış belə keçməyib. Onun əlində olan indiki heyəti isə əvvəlki məşqçi formalaşdırmışdı. Bruno Bertuççi kimi aparıcı futbolçu komandadan ayrılıb. Əsədov yanvarda toplanış keçirəcək. Onun işinə də məhz yanvardan sonra keçiriləcək oyunlara görə qiymət vermək lazımdır. Transferlər barədə indidən nəsə demək çox tezdir. Rəhman Hacıyevə gəlincə, o, "Neftçi"yə keçməyəcək".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.