19 dekabr 2014 00:25
Araz Abdullayev: Neftçiyə yeni futbolçular lazımdır
"Neftçi"nin yarımmüdafiəçisi Araz Abdullayev Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az saytına açıqlamasında o, 1:2 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Çətin oyun oldu. Hiss olunurdu ki, rəqib bizi yaxşı analiz edib və bunun sayəsində də 3 xal qazandılar. Təəssüf ki, məğlub olduq. Komandaya yeni futbolçular lazımdır. Ümid edirəm ki, qışda güclənəcəyik".
