18 dekabr 2014 15:30

Namiq Yusifov: Əsas odur ki, Azərbaycanı Avropada layiqincə təmsil etdik

"Qarabağ"ın yarımmüdafiəçisi Namiq Yusifovun azerisport.az saytına müsahibəsi

- "Xəzər Lənkəran"la oyundan nə gözləyirsiniz?
- Ağır oyun olacaq. Çünki rəqib yaxşı formadadır. Ancaq bizim əsas hədəfimiz bu oyundan 3 xalla ayrılmaqdır. Qələbə qazanıb "Qəbələ"yə məğlubiyyəti unutdurmaq istəyirik.

- "Qəbələ"yə məğlubiyyəti Milan "İnter"i ilə Avropa Liqasındakı oyunda üzləşdiyiniz haqsızlığın psixoloji təsiri saymaq olar?
- Cavab vermək çətindir. Mümkündür ki, həmin oyunun təsiri oldu. Əslində, birinci yarıda yaxşı çıxış etdik, amma ikinci hissədə oyunumuz qətiyyən alınmadı. Rəqib isə əksinə, yaxşı motivasiya ilə oynayırdı.

- Milanlılarla oyundan sonra komandada atmosfer necəydi?
- Bütün gecəni yata bilmədim. İndi də həmin oyunu xatırlayanda ətim ürpəşir. Amma nə etmək olar.

- Bəs komandanızın tam özünə gəlməsi üçün nə qədər vaxt lazım gələcək?
- Biz növbəti mövsümdə də avrokuboklarda oynamaq istəyirik. Buna görə də indidən tam olaraq çempionata köklənməyimiz lazımdır.

- Avrokuboklarda belə bir ədalətsizliklə üzləşəcəyinizi gözləyirdiniz?
- Xeyr. Hələ avrokuboklarda mübarizəyə başlayan zaman sadəcə, layiqli mübarizə aparmaq, özümüzü göstərmək istəyirdik. Sonra gördük ki, daha artığına nail ola biləcəyimizi gördük. Qrupdan çıxa bilərdik. Amma belə bir aqibətlə üzləşəcəyimiz ağlımıza da gəlməzdi.

- Bəziləri bu hadisədə siyasi amillərin olduğunu deyir...
- Əslində nəyə görə belə olduğunu bir Allah bilir. Amma nə oldusa, geridə qaldı. Görək, UEFA fevralın 5-də nə qərar qəbul edəcək. Ola bilər ki, bizim üçün yaxşı xəbər gəlsin. Əsas odur ki, Azərbaycanı Avropada layiqincə təmsil edə bildik.

- Ötən gün ölkə başçısı İlham Əliyevin qəbulunda oldunuz. Görüş necə keçdi?
- Hər şey əla keçdi. Prezident bildirdi ki, bu heç-heçəmiz onun üçün qələbəyə bərabərdir, komandamız növbəti mərhələyə çıxmağa layiq idi. Maraqlı görüş oldu. Bizə də xoş idi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.