17 dekabr 2014 16:50

Tərlan Əhmədov: Klubun vitse-prezidentinə dəstək nümayiş etdirdik

AZAL-ın baş məşqçisi Tərlan Əhmədov Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, "təyyarəçilər"in çalışdırıcısı 3:1 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:

“Komanda bundan öncəki turda çıxış etmədi. Müəyyən fasilə vardı. Yoxlama görüşü keçirə bilməsək də, futbolçularla söhbət etmişdim. Biz qələbə qazanmaqla ailəsində problem olan klubun vitse-prezidenti Fikrət Hüseynova dəstək nümayiş etdirdik. Həmişə demişəm - komanda öz oyununu irəliləyən vaxtlarda tapacaq. “Bakı” ilə matçda futbolçular biz istədiyimiz kimi mübarizə apardılar. Qələbə çox vacib idi. 3 xal qazanmaqla yanaşı, turnir cədvəlindəki  yerimizi yaxşılaşdırdıq. Ümumiyyətlə, ev oyunlarında xallar itirməsəydik, daha yaxşı pillələrdə olardıq. Həmin xal itkiləri məni hələ də təəssüfləndirir. Qarşıda bizi “Xəzər Lənkəran”la oyun gözləyir. Heyətdə zədəli oyunçuların olması bizi qayğılandırır. Amma meydançaya çıxan futbolçular sübut etdilər ki, onlar da əsas heyətdə mübarizə aparmağa layiqdirlər”.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.