17 dekabr 2014 16:30
Prosineçkinin köməkçilərinin adı hələ dəqiqləşməyib
Azərbaycan yığmasının baş məşqçisi Robert Prosineçkinin köməkçilərinin adları hələ də dəqiqləşməyib. Xorvatiyalı mütəxəssis azerisport.az saytına açıqlamasında onların adının bundan sonra müəyyənləşəcəyini bildirib.
Qeyd edək ki, hazırda Prosineçkinin sadəcə, iki köməkçisinin adı bəllidi. Bunlar Qordan Kipriç və Draqan Spasiçdir.
