17 dekabr 2014 12:50

Ayaz Quliyev: Azərbaycanı az sevməsəm də, Rusiya yığmasını seçirəm

Rusiyanın gənclərdən ibarət yığmasının və Moskva "Spartak"ının yarımmüdafiəçisi Ayaz Quliyev Azərbaycan millisində oynamaqda maraqlı deyil. Azerisport.az saytına müsahibəsində o, bunu özü bəyan edib:

"Azərbaycan yığmasına keçməyi mənə hələ heç kim təklif etməyib. AFFA-dan da mənə zəng edən olmayıb. Əgər mənə həm Rusiya, həm də Azərbaycan yığmasından dəvət gəlsə, Rusiyanı seçəcəyəm. Çünki artıq üç ildir bu ölkənin gənclərdən ibarət komandalarında oynayıram. Hər şeyi bir kənara qoyub, başqa bir komandaya gedə bilmərəm. Məni düzgün başa düşün, Azərbaycanı Rusiyadan az sevmirəm. Amma seçimim Rusiyadan yanadır".

Qeyd edək ki, bir müddət öncə Rusiyanın gənclərdən ibarət yığmasının baş məşqçisi Dmitri Xomuxa Ayazla bağlı açıqlama vermişdi: "Onun seçim imkanı var. Qərarı özü verəcək. Ayaz məndən məsləhət almaq istəsə, ona ilk növbədə Azərbaycanda oynayacağı halda Rusiyada legioner statusu daşıyacağını xatırladacağam. Belədə o, digər legionerlərlə rəqabət aparmalı olacaq. Klubunda əsas heyətə düşməsi çətin olacaq. Bu üzdən də təbii ki, mən Quliyevin Rusiya vətəndaşı olaraq qalmasını və əsas yığmaya qədər yüksəlməsində maraqlıyam".

Ayaz bizimlə söhbətdə yığmanın baş məşqçisi ilə belə bir söhbətinin olmadığını bildirdi.

Qeyd edək ki, bir müddət öncə eyni səbəblərdən "Zenit"in hücumçusu Ramil Şeydayev də Azərbaycanı yox, Rusiya yığmasını seçdiyini bəyan etmişdi.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.