17 dekabr 2014 11:20

Qəbələ Sumqayıtla oyuna Bakıda hazırlaşır

Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində dekabrın 18-də Sumqayıtda eyniadlı komanda ilə üz-üzə gələcək “Qəbələ” matçın hazırlıqlarına start verib. Azerisport.az xəbər verir ki, ötən turdan (“Qəbələ” - “Qarabağ” 2:1) sonra bir gün istirahət edən, ardından isə Bakıya üz tutan “qırmızı-qaralar” dekabrın 16-dan məşq prosesini bərpa edib.

Hazırlıqlarını paytaxtda keçən “Qəbələ” istirahətdən sonra ilk məşqini ADBTİA-nın stadionunda keçirib. Məşqə əməliyyat olunan Ruslan Əmircanovla yanaşı, zədəli Viktor Mendi və Vladimir Levin də qatılmayıb. Bu gün də Bakıda məşq edəcək komanda matçın hazırlığını “Bayıl Arena”da tamamlayacaq.

Qeyd edək ki, dekabrın 18-də Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutacaq “Sumqayıt” – “Qəbələ” qarşılaşması saat 15:00-da başlayacaq. (klub saytı)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.