17 dekabr 2014 00:15

Çempionun Lənkəran sınağı və ya derbilər turu

Bu gün və sabah Topaz Premyer Liqasında 17-ci turun oyunları keçiriləcək. Azerisport.az xəbər verir ki, “Simurq”un istirahət edəcəyi turda 4 qarşılaşma baş tutacaq.

Turun açılış matçı Bakıda reallaşacaq. Paytaxtın eyniadlı komandası öz meydanında AZAL-ı qəbul edəcək. 6 oyundur ki, rəqiblərinə qalib gələ bilməyən “zolaqlılar” “təyyarəçilər”lə oyunda istəklərinə nail olmağa çalışacaqlar. Ümumiyyətlə, indiyə qədər 23 dəfə paytaxt derbisində üz-üzə gələn komandaların oynunda 10 dəfə meydandan 3 xalla ayrılan “Bakı” bu mənada rəqibindən 2 qələbə çox qazanıb. 5 oyun isə heç-heçə başa çatıb. Son 3 qarşılaşmada AZAL xal qazana bilməyib. Paytaxtın eyniadlı təmsilçisi isə 4 görüşdür meydanı qolsuz tərk etmir. Top fərqi də "zolaqlılar"ın xeyrinədir - 22:19. İlk dövrədəki oyunda da məhz "Bakı" qələbəyə sevinən tərəf olmuşdu. "Təyyarəçilər"in həmin məğlubiyyətin qisasını almağa çalışacağı şübhə doğurmur.

İkinci oyun günündə öncə “Sumqayıt” evdə “Qəbələ”ni qəbul edəcək. Dorinel Muntyanunun gedişindən sonrakı ilk sınağında öz meydanında lider “Qarabağ”ı məğlub edən və 2-ci dövrədə ilk qələbəsini qazanan qəbələlilər bu turda meydana 3 xal üçün çıxacaqlar. İndiyə kimi 9 dəfə üzləşən komandaların oyununda "qırmızı-qaralar" 8 qələbə qazanıb. 1 oyunda isə “kimyaçılar” meydanı qələbə ilə tərk edib. Heç vaxt sülh bağlamayan komandaların duellərində "Qəbələ" top fərqində də çox öndədir - 22:7. İlk dövrədə bu komandaların duelini qəbələlilər qazanmışdı - 3:1.

Turun daha prinsipial qarşılaşması Lənkəranda baş tutacaq. “Xəzər Lənkəran” doğma divarlar arasında son çempion, indiki lider “Qarabağ”ı sınağa çəkəcək. Ötən tur xal itirən hər iki komanda zədəli oyunçuların çoxluğundan əziyyət çəkməsinə baxmayaraq, qalib gəlməyə çalışacaq. 30-cu dəfə qarşılaşacaq komandaların duelində 4 oyun sülhlə yekunlaşıbsa, bundan əvvəlki oyunlarda qələbə sayına görə 13-12 ağdamlılar üstündür. Top fərqində də “atlılar” rəqibini 34:31 hesabıyla üstələyir. Cənub klubu doğma meydan amilindən yararlanıb, ağdamlılar növbəti məğlubiyyəti yaşatmağa çalışacaq. Qurban Qurbanovun komandası isə Avropa Liqasında yaşadığı şoku, son turda "Qəbələ"yə məğlubiyyəti unutdurmaq üçün çətin səfərdən 3 xalla qayıtmağa səy göstərəcək.

Turun digər paytaxt derbisi "İnter Arena"da baş tutacaq. Paytaxtın “İnter” və “Neftçi” komandaları münasibətlərinə aydınlıq gətirəcək. Liderlər sırasında qərarlaşan komandalar üçün bu oyun çox vacibdir. Belə ki, “Qarabağ”ın Lənkərandakı qarşılaşmada mümkün xal itkisi bu komandaların turnir cədvəlinin ilk pilləsinə qalxmasına zəmin yarada bilər. Bu vaxta kimi 40 dəfə qarşılaşan rəqiblərin duelində “ağ-qaralar” 19, ”bankilər” isə 8 dəfə meydandan qələbə ilə ayrılıblar. 13 görüş isə bərabərliklə başa çatıb. "Neftçi"nin top fərqində də diqqətçəkən üstünlüyü mövcuddur - 60:36. Bu iki klub ilk dövrədə qolsuz bərabərliyə razılaşmışdı.

Topaz Premyer Liqası
17-ci tur

17 dekabr

14:00. “Bakı” - AZAL
AFFA nümayəndəsi: Eldar Qasımov.
Hakim-inspektor: Məhəmməd Məmmədov.
“Bakı” FK-nın təlim-məşq bazasının stadionu.

18 dekabr

15:00. “Sumqayıt” - “Qəbələ”
AFFA nümayəndəsi: Mübariz Hüseynov.
Hakim-inspektor: Murad Məmmədov.
Sumqayıt. “Kapital Bank Arena”.

17:00. “Xəzər Lənkəran” - “Qarabağ”
AFFA nümayəndəsi: Maşallah Əhmədov.
Hakim-inspektor: Əli Hüseynov.
“Xəzər Lənkəran” mərkəzi stadionu.

17:00. “İnter” – “Neftçi”
AFFA nümayəndəsi: Elbrus Abbasov.
Hakim-inspektor: Rövşən Əhmədov.
Bakı. “İnter Arena”.
 

1Qarabağ1484224-1528
2Neftçi1475218-1026
3İnter1467123-525
4Xəzər Lənkəran1454519-1619
5Simurq1553720-2018
6Qəbələ1445517-2217
7Sumqayıt1442818-2414
8AZAL1334614-2313
9Bakı1424810-2810
10Araz Naxçıvan00000-00

Bombardirlər:
8
- Mikel Alvaro (“İnter”)
6 - Nurlan Novruzov ("Bakı"), Məhəmməd Qurbanov (“Sumqayıt”), Draqan Çeran ("Simurq").

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.