16 dekabr 2014 19:15
İnter - İlk 10 ilin izi ilə
Bu gün Bakı "İnter"inin ofisində "İnter - İlk 10 ilin izi ilə" adlı kitabın təqdimatı keçirilib. Azerisport.az xəbər verir ki, təqdimatda bir sıra media işçiləri və digər qonaqlar da iştirak ediblər.
Öncə "İnter"in mətbuat xidmətinin rəhbəri Səbuhi Məmmədov giriş sözü ilə tədbiri açıq elan edib. Daha sonra o, sözü klub prezidenti Georgi Nikolova verib. Nikolov ənənvi olaraq azərbaycanca salamlaşdıqdan sonra klubun bu 10 ildə keçdiyi yollara qısaca nəzər salıb.
Qeyd edək ki, sözügedən kitab "İnter"in 10 illiyinə həsr olunub.
