16 dekabr 2014 18:30
Robert Prosineçki iki oyunu canlı izləyəcək
Azərbaycan millisini baş məşqçisi Robert Prosineçki dekabrın 17-də, saat 10:00-da Sumqayıt şəhərindəki "Kapital arena" stadionunda keçiriləcək 16 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi ilə “Sumqayıt” klubunun U-17 komandası arasında yoxlama oyununu izləyəcək. Azerisport.az xəbər verir ki, daha sonra o, Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində, saat 14:00-da, “Bakı”nın Təlim-Məşq Bazasının stadionunda başlanacaq "Bakı" – AZAL qarşılaşmasını canlı izləyəcək. (AFFA)
