16 dekabr 2014 16:45

Bədavi Hüseynov: Qəbələyə məğlubiyyət bizə dərs olmalıdır

"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynovun azerisport.az saytına müsahibəsi

- Avropa Liqasında İtaliya "İnter"i ilə səs-küylü oyundan sonra hələ də özünüzə gələ bilmədiyiniz hiss olunur...
- İndi bu barədə danışmaq çox çətindi. Çox təəssüf ki, bütün əziyyətimiz belə hədər getdi.

- Həmin görüşdən sonra nə baş verdi ki?
- Oyundan sonra hamımız özümüzü çox pis hiss edirdik. Əlbəttə, qol vurduq, qələbə qazanmağa yaxın idik. Amma hakimlər təmiz qolumuzu saymadılar.

- "Qəbələ"yə məğlubiyyətə də bu səbəb oldu?
- Avropa Liqasından kənar qalmağımız çempionatdakı çıxışımıza mane olmamalıdır. "Qəbələ"yə məğlubiyyət bizim üçün dərs olmalıdır. Hər oyuna çox ciddi hazırlaşmalıyıq.

- Qarşıda "Xəzər Lənkəran"la oyun var. Komandanız psixoloji bataqlıqdan çıxa biləcək?
- Onlarla oyunlarımız həmişə çətin alınır. İndi də elə olacaq. Rəqibimiz hazırda yaxşı formadadır. "Qəbələ"yə qarşı necə oynadıqlarını hamı gördü.

- Rəqibdən çəkinmirsiniz?
- Xeyr. Sadəcə, diqqətli olmağımız lazımdır. Səhvə yol vermək olmaz. Əgər qol vəziyyətlərindən yaxşı yararlana bilsək, qələbə qazanacağıq.

- "Qarabağ"ın Avropa Liqasındakı ən yaxşı futbolçularından biri kimi sizə hansısa klublardan təklif yoxdur?
- Təklif? Xeyr. Heç bir klubdan təklif almamışam.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.