16 dekabr 2014 16:00
Qarabağla oyun öncəsi Xəzər Lənkəranda itkilər var
"Xəzər Lənkəran" Topaz Premyer Liqasının 17-ci turu çərçivəsində qarşılaşacağı "Qarabağ"la oyuna hazırlığı davam etdirir. Azerisport.az xəbər verir ki, Oğuz Çətinin komandası bu oyuna Bakıda hazırlaşsa da, sabah Lənkərana yollanacaq.
Çünki sözügedən oyun Lənkəran şəhər stadionunda baş tutacaq. Bu qarşılaşmada Alfred Sanko, Rauf Əliyev və Adrian Skarlatake oynaya bilməyəcək. Buna səbəb onların zədəli olmasıdır. Rasim Ramaldanovla Tural Cəlilovun iştirakı da sual altındadır. Onların da kiçik zədələri var.
