16 dekabr 2014 15:45
Bədavi Hüseynov Qarabağın ən yaxşısı seçilməsindən danışdı
"Qarabağ"ın müdafiəçisi Bədavi Hüseynov azerisport.com saytının apardığı sorğuda Avropa Liqasının qrup mərhələsində komandasının ən yaxşısı seçilməsinə münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Qarabağ"ın ən yaxşı oyunçusuyam? Azarkeşlərin belə yüksək qiymətinə layiq görülmək xoş sürpriz oldu. Amma bu, tək mənim xidmətim yox, bütün komandanın əməyinin nəticəsidir. Komandamızın hər bir üzvü uğurlu çıxış etməyimiz üçün maksimum güc sərf etdi".
