16 dekabr 2014 14:20
AFFA Bakı ilə Qəbələni cəzalandırdı
Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Azerisport.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Topaz Premyer Liqasının 16-cı turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub.
“Bakı” - “Xəzər Lənkəran” matçında “Bakı”nın 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Qəbələ” – “Qarabağ” matçının 90+3-cü dəqiqəsində “Qəbələ”nin masajisti Namiq Hüseynov texniki zona qaydalarını pozduğuna görə meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klubu 1000 manat cərimə olunub.
