16 dekabr 2014 13:20
Əsgərov Latviya klubuna keçdi
Futbol üzrə Azərbaycan yığmasının sabiq hücumçusu Vüqar Əsgərov özünə yeni klub tapıb. Azerisport.az xəbər verir ki, o, bundan sonra karyerasını Latviyada davam etdirəcək.
Vüqar keçmiş komandası Liepaya "Metallurq"una geri dönüb. Futbolçu artıq köhnə-yeni klubunda ilk məşqə də çıxıb.
Qeyd edək ki, Əsgərov mövsümün əvvəlini 1-ci divizionda çıxış edən "Zirə"də keçirmişdi.
