16 dekabr 2014 11:25

Aqil Məmmədov: Neftçiyə keçidim milliyə qayıtmağıma da kömək edəcək

"Bakı"nın qapıçısı Aqil Məmmədov "Neftçi"yə keçidi ilə əlaqədar olaraq azerisport.az saytının suallarını cavablandırıb.

- "Neftçi"yə keçidinizə nə səbəb oldu?
- "Neftçi" flaqmandır. Təklif də sərfəli idi. Şadam ki, bütün çətinliklərdən sonra belə bir güclü komandanın qapısını qoruyacağam. Ümidləri doğrultmağa çalışacağam.

- Deyilənə görə, "Neftçi" sizə "Bakı"da bir oyun çıxış etməyə icazə verib...
- Bəli, bunu öncədən razılaşdırmışdıq. Buna görə klub prezidenti Sadıq Sadıqova təşəkkürümü bildirirəm.

- Saşa Stamenkoviçlə rəqabətdən çəkinmirsiniz?
- İnkişaf üçün rəqabət lazımdır. Mən daha çox məşq etməyə çalışacağam. Qərar isə baş məşqçilərin olur. Bu barədə Arif Əsədovla söhbət etməmişik. Hələ tezdir.

- Bəs "Bakı"da sizi kim əvəz edəcək?
- Elxan Əhmədov. Gözəl qapıçıdır. O, gələcəkdə özünü yaxşı tərəfdən göstərə biləcək.

- "Neftçi"yə keçidiniz sizi milliyə qaytarmağa kömək edə bilər?
- Əlbəttə. Əgər "Neftçi"də sabit çıxış etsəm, milliyə qayıtmağım mümkündür. Amma hər şeyi zaman göstərəcək.

- "Bakı"dan gedəcəyinizi gözləyirdiniz?
- "Bakı" mənim üçün doğma komandadır. Klubun bu vəziyyətə düşməsi mənim üçün çox ağırdır, ürəyim dözmür. Halbuki, komandada çoxlu sayda yaxşı futbolçu var.

- Hafiz Məmmədovla danışdınız?
- Bəli, o, bu keçidə öz razılığını verdi.

- Düşünmürsüz ki, sizin ardınızca "Bakı"nın digər futbolçuları da getməyə qərar versin?
- Onların çoxu gəncdir. Hamısı oynamalıdır. Əlbəttə, onların bəzisi başqa klublarda da çıxış edə bilərlər. Amma mənə elə gəlir ki, mövsümün sonunadək elə "Bakı"da qalmaları daha yaxşı olardı.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.