16 dekabr 2014 10:55
Xəzər Lənkəran Qarabağla da Bakıda oynayacaq
Peşəkar Futbol Liqası Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə çempionatının 17-ci turu çərçivəsində keçiriləcək bir oyunun məkanını dəyişib. Azerisport.az xəbər verir ki, "Xəzər Lənkəran" - "Qarabağ" oyunu Lənkəranda baş tutmayacaq.
Cənub klubu bundan əvvəlki ev oyunlarında olduğu kimi, Ağdam təmsilçisini də "Dalğa Arena"da qəbul edəcək. Qeyd edək ki, buna səbəb Lənkəran şəhər stadionunda aparılan təmir işləridir. Sözügedən oyun sabah baş tutacaq.
Əsas komandalar isə dekabrın 18-də üz-üzə gələcəklər.
