15 dekabr 2014 21:00

Gurur Günal: Qarabağın qolunun sayılması çox şeyi dəyişə bilər

"Qarabağ"ın türkiyəli vəkili Gurur Gaye Günal azərisport.az saytına açıqlamasında UEFA-ya ünvanlanan şikayət məktubu barədə məlumat verib. Onun sözlərinə görə Avropa Futbol Qurumunun "Qarabağ"ın məsələsiylə bağlı məhkəmə tələbini qəbul etməsi müsbət haldır:

"Qarabağ" klubudan mənə məsələylə bağlı məlumat veriləndən sonra işə başladıq. Qısa zamanda "Qarabağ"-"İnter" oyunuyla bağlı araşdırma apardıq. Görüşün videoyazısı, mətbuatda olan məlumatları UEFA-ya göndərdik, Üstəlik məktubda iki məsələylə bağlı iddia qaldırdır. Birincisi qolun qaydalar çərçivəsində vurulması, ikincisi hakimin oyunu vaxtından əvvəl başa vurmasıyla bağlıdı. UEFA-nın mövcud qaydalara görə matçdan 48 saat sonra bizim müraciət etmək hüququmuz var".

Günalın sözlərinə görə UEFA-nın "Qarabağ"ın iddiasına fevralın 5-də baxacağı rəsmən təsdiqlənib. Həmin gün hansı qərarların qəbul ediləcəyini heç kim əvvəlcədən söyləyə bilməz: "UEFA-ya müraciətdən sonra məhkəmə tələbimiz yerinə yetirildi. Bu adi qəbul olunmamalıdı. Əgər məhkəmə tələbi qəbul olunubsa deməli məktub Avropa Futbol Qurumunu maraqlandırıb. Özünüz başa düşürsünüz ki, UEFA çox ciddi qurumdur. Hər bir məsələyə baxılmır. Onların Avroliqayla bağlı işləri çoxdur. Amma məhkəmə tələbimizin yerinə yetirilməsi düzgün yolda olduğumuzu göstərir".

Vəkilin sözlərinə görə şikayətin hansı formada təmin ediləcəyini indi söyləmək çox çətindir: "Sözsüz biz qolun hesaba alınmasını istəmişik. Digər tərəfdən matçın hakimi oyunu tez başa vurub. Azərbaycanda olan narahatlığı anlayıram. Biz çalışırıq ədalət yerini tutsun. UEFA bütün işləyə ciddi yanaşır. Bu işdə uğur qazanacağımıza ümidimiz var. Lakin fevralın 5-ni gözləməkdan başqa əlacımız yoxdur".

Bu gün Avropa Liqasında püşk atılıb. Artıq məlumdur ki, 1\16 final mərhələsində "Dnepr"in rəqibi Yunanıstanın "Olimpiakos" klubu olacaq. Bu halda UEFA "Qarabağ"ın pley-offda iştirakını bərpa edə bilərmi? Gurur Gunalın cavabı belə oldu: "Bildiyiniz kimi turnirdə növbəti matçlar fevralın 19-da olacaq. Məhkəmə isə fevralın 5-nə təyin edilib. Yəni arada iki həftə vaxt var. Sözsüz burada əsasnaməyə əsasən oyunun yenidən keçirilməsi müzakirə obyekti ola bilər. Sözsüz hakim səhvini etiraf edəcəyi halda onların hansı qərarı qəbul edəcəkləri məlum deyil. Qolun sayılması çox şeyə təsir edə bilər. Buna görə fevralın 5-ni gözləmək məsləhətdi".

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.