15 dekabr 2014 19:10
Emil Balayevin Ayntraxt ilə müqaviləsinin müddəti açıqlandı
Almaniyanın "Ayntraxt" klubunun Azərbaycan yığmasının qapıçısı Emil Balayevlə müqaviləsinin müddəti açıqlanıb. Azerisport.az xəbər verir ki, Bundesliqa təmsilçisi futbolçumuzla 1,5 illik müqavilə imzalayıb.
Amma tərəflərin əməkdaşlığı uğurlu olsa, daha iki illik müqavilə də imzalana bilər.
Qeyd edək ki, 20 yaşlı qapıçımız bu gün Almaniya klubuna qoşulacaq.
