Ruslan Qurbanov: Sumqayıt istənilən rəqibə qalib gələcək gücdədir
"Neftçi"nin hücumçusu Ruslan Qurbanov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində qarşılaşdıqları "Sumqayıt"la oyundan danışıb. Azerisport.az saytına açıqlamasında o, 3:2 hesabıyla qalib gəldikləri oyunla bağlı bunları söyləyib:
"Sumqayıt" yaxşı komandadı. Hər il daha güclü kluba çevrilməkdədir. Onlar hazırda Premyer Liqada istənilən rəqibə qalib gələcək güdədirlər. Bu komanda ilə oyuna arxayın çıxmaq olmaz. Bizim üçün də çətin oyun alındı. Əsas odur ki, qalib gəlib, 3 xal qazandıq. İki qol vurduğum üçün də şadam. Komanda yoldaşlaırm sağ olsunlar ki, mənə bu yolda dəstək oldular. Ernest Nfor və Nikolas Kanalesdən daha güclü olduğumu deyə bilmərəm. Onlar da güclü futbolçudurlar və hansımızın daha faydalı olduğunu demək istəməzdim. İstənilən halda hər şeyə baş məşqçi qərar verir".
