15 dekabr 2014 16:45
Qarabağın rəqibləri Seltik və Olimpiakosla qarşılaşacaq
Bu gün İsveçrənin Nyon şəhərində Avropa Liqasının 1/16 püşkü atılıb. Azerisport.az xəbər verir ki, bu turnirin qrup mərhələsində Azərbaycan çempionu "Qarabağ"la eyni qrupda mübarizə aparmış İtaliya "İnter"i ilə Ukrayna "Dnepr"i də rəqiblərini tanıyıb.
Belə ki, italyanlar Şotlaniyanın "Seltik", ukraynalılar isə Yunanıstanın "Olimpiakos" klubu ilə düşüb.
Qeyd edək ki, 1/16 final mərhələsinin oyunları fevralın 19 və 27-də keçiriləcək.
