15 dekabr 2014 14:50
"Xaqani Məmmədovun mənimlə prinsipi var"
Futbol hakimi Anar Salmanov Azərbaycanın FİFA referiləri siyahısından çıxarılmasına münasibət bildirib. Azerisport.az saytına açıqlamasında o, bunları söyləyib:
"Bunu Xaqani Məmmədovdan soruşun. Onun mənimlə prinsipi var. Buna görə də o, FİFA-nın ikinci kateqoriyalı hakimini cəzalandırmağa qərar verib. Artıq bununla bağlı PFL prezidenti Ramin Musayevlə AFFA-nın baş katibi Elxan Məmmədova müraciət etmişəm".
