15 dekabr 2014 13:05

Qarabağın seriyası yubileylə qırıldı

“Qarabağ”ın Premyer Liqadakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. Azerisport.az xəbər verir ki, texniki nəticə nəzərə alınmasa, cari mövsüm ilk dəfə meydanı başıaşağı tərk edən Ağdam təmsilçisinin yeganə məğlubiyyəti məhz texniki nəticədən ibarət idi.

“Sumqayıt”la ilk turdakı yenilgini (-:+) nəzərə almasaq, Qurban Qurbanovun komandası sonuncu dəfə ötən mövsümün 36-cı turunda uduzmuşdu. Mayın 17-də səfərdə “Xəzər Lənkəran”a 1:2 hesabı ilə məğlub olan “Qarabağ” 211 gündən sonra “Qəbələ” ilə qarşılaşmada (1:2) meydandan xalsız ayrılıb. Bu müddətdə texniki nəticəsiz 12 görüş baş tutub. “Qəbələ”yə məğlubiyyət “Qarabağ”ın Azərbaycan çempionatlarında səfərdə uduzduğu 100-cü matçdır. Rəqib meydanlarında 314-cü oyunda 100-cü dəfə xalsız qalan komanda “Turan” (139) və MOİK-dən (103) sonra səfərdə daha çox uduzan 3-cü komandadır.

“Qəbələ” ilə görüş Cavid Tağıyev üçün də əlamətdar olub. Cari mövsüm 11-ci oyununa çıxan yarımmüdafiəçi Premyer Liqada 100-ə çatıb. O, “Turan”da 37 oyunda 3 qol vurub: 2008/09 – 2, 2009/10 – 4 (1), 2010/11 – 16 (1), 2011/12 – 15 (1). Cavid AZAL-da  52 oyuna 6 qol vurub: 2012/13 – 26 (5), 2013/14 – 26 (1). 2014/15 mövsümündən “Qarabağ”da çıxış edən Tağıyev bu klubdakı 11 mattçda 1 dəfə fərqlənməklə, oyun sayını 100-ə, qol hesabını 10-a çatdırıb. (PFL)

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.