15 dekabr 2014 12:00
İsrafilovsuz Qranadadan daha bir məğlubiyyət
Futbol üzrə İspaniya La Liqasında 15-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, azərbaycanlı futbolçu Eddi İsrafilovun komandası - "Qranada" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Espanyol"la qarşılaşıb. Oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsiylə başa çatıb. İsrafilovun adı qarşılaşmanın iştirak ərizəsinə salınmayıb.
Qeyd edək ki, hazırda Eddinin komandası 12 xalla 16-cı yerdə gedir.
