15 dekabr 2014 11:45
Fransa mətbuatı: Hafiz Məmmədovu Anar Məmmədov əvəz edə bilər
Fransanın "Lans" klubunun yeni vitse-prezidenti Anar Məmmədov ola bilər. Azerisport.az xəbər verir ki, bu barədə sözügedən ölkə mətbuatı məlumat yayıb.
Xəbərdə bildirilir ki, sözügedən klubu bundan sonra azərbaycanlı biznesmen, nəqliyyat naziri Ziya Məmmədovun oğlu maliyyələşdirəcək. Bu klubu öncə "Bakı"nın prezidenti Hafiz Məmmədov himayəsinə götürsə də, sonradan üzləşdiyi maliyyə problemləri səbəbindən narazılıq yaranmışdı. Bu üzdən də Anar Məmmədov "zolaqlılar"ın prezidentini əvəzləyəcək.
