Əfran İsmayılov: Biz heç qol vəziyyəti də yarada bilmədik
"Xəzər Lənkəran"ın yarımmüdafiəçisi Əfran İsmayılovun azerisport.az saytına müsahibəsi
- "Bakı" ilə qolsuz heç-heçəyə razılaşdığınız oyunla bağlı nə deyə bilərsiniz?
- Biz pis oynamadıq. Amma qələbə də qazana bilmədik. "Bakı" da yaxşı təsir bağışladı. Onların gənc futbolçulardan ibarət əla komandası var. Mənə elə gəlir ki, bu, rəqib komandanın ən yaxşı oyunlarından biri idi. Bizə gəlincə, çoxlu səhvlərə yol verdik. Hətta normal qol epizodu da yarada bilmədik.
- Sizin belə bir şansınız oldu...
- Bəli. Amma futbolda hər qol epizodundan yararlanmaq olmur. Buna görə məyus olmağa dəyməz.
- Qarşıda sizi "Qarabağ"la oyun gözləyir...
- Çox çətin oyun olacaq. Amma biz də onlara qarşı "Bakı" ilə görüşdəki kimi oynamayacağıq. İnanıram ki, qələbə qazana biləcəyik.
- Mətbuatda belə bir informasiya yayılıb ki, sizin maaşlarınız gecikir. Bu, doğrudur?
- Xeyr, hamısı boş söhbətlərdir. Hərdən bir-iki ayın maaşı gecikir. Amma sonradan hamısı ödənilir.
- Siz Oğuz Çətinin zədəli Tural Cəlilovu əvəzləməkdən imtina etməsini gördünüz?
- Bəli. Meydana çıxan futbolçumuzun Turalıəvəzləməsi yaxşı olardı. Amma baş məşqçi fərqli qərar qəbul etdi. Heç kim onun işinə qarışa bilməz.
