14 dekabr 2014 20:20
Fariz Nəcəfov: Böyük ehtimalla Qəbələni Qriqorçuk çalışdıracaq
Xəbər verdiyimiz kimi, "Qəbələ" ukraynalı mütəxəssis Roman Qriqorçukla müqavilə bağlamağa çox yaxındır. Azerisport.az xəbər verir ki, bölgə təmsilçisinin sözügedən məşqçi ilə yarım illik müqavilə bağlamağı planlaşdırır.
"Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov da Qriqorçukla anlaşmaq üzrə olduqlarını etiraf edib:
"Danışıqlar gedir. Hələ razılaşdırılmamış məqamlar var. Böyük ehtimalla komandaya məhz o rəhbərlik edəcək. Qriqorçuk artıq şəraitlə tanış olub və xoşuna gəlib".
