14 dekabr 2014 19:15
Məmmədov: İki müdafiəçinin səhvindən qol buraxdıq
"Sumqayıt"ın baş məşqçisi Aqil Məmmədov Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Neftçi"yə qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, sumqayıtlıların çalışdırıcısı 2:3 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
“Çətin olacağını bilirdik. Komandaların ustalıq səviyyəsi eyni deyil. İki müdafiəçinin səhvindən qol buraxdıq. Bütün qollarda müdafiəçilərimizin kobud səhvləri vardı. Müdafiədə mütləq dəyişiklik etməliyik. Dəyişiklik olmasa, belə davam edəcək".
