14 dekabr 2014 16:50
Oğuz Çətin: Futbolçularım daha ciddi olmalıdır
"Xəzər Lənkəran"ın baş məşqçisi Oğuz Çətin Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Bakı"ya qarşı keçirdikləri oyunu şərh edib. Azerisport.az xəbər verir ki, cənub klubunun türkiyəli çalışdırıcısı 0:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"Bakı aqressiv şəkildə və müdafiədə oynamağı xoşlayan bir komandadır. Bu tip komandalara qarşı oynamaq çox çətindir. Futbolçularım daha ciddi olmalıdır. Yüksək yerlər uğrunda oynayırıqsa, rəqibdən asılı olmayaraq, qol vurmalıyıq”.
