14 dekabr 2014 16:30
Emil Balayev: Ayntraxtın əsas heyət oyunçusu olmağım üçün mənə təxminən yarım il lazımdır
"Neftçi"nin və millimizin qapıçısı Emil Balayev Almaniyanın "Ayntraxt" klubuna transferindən danışıb. Azerisport.az xəbər verir ki, o, bunları söyləyib:
"İlk növbədə bu, böyük bir məsuliyyətdir. Buna görə də ümidləri doğrultmağa çalışacağam. Rəqabət hər yerdə var. Ona görə də diqqətli olacağam. Öncə uyğunlaşma prosesini arxada qoymağım lazımdı. Yeni klubumda özümə yer etməliyəm. "Ayntraxt"ın əsas heyət oyunçusu olmağım üçün mənə təxminən yarım il lazımdır".
