14 dekabr 2014 16:00
Oğuz Çətindən müəmmalı əvəzetmə
Bu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində "Bakı" doğma meydanda "Xəzər Lənkəran"la qarşılaşıb. Azerisport.az xəbər verir ki, qarşılaşmanın 70-ci dəqiqsəində qonaqların baş məşqçisi Oğuz Çətin Ağabala Ramazanovu Elnur Cəfərovla əvəzləyib.
Bu əvəzetmə isə komanda üzvlərinin böyük təəccübünə səbəb olub. Belə ki, onlar bir qədər öncə zədələnmiş Tural Cəlilovun əvəzlənməsini istəyiblər. Amma türkiyəli mütəxəssis onları dinləməyib və Cəfərovu meydana buraxmaqla Cəlilovun sonadək meydanda qalmasına nail olub.
