14 dekabr 2014 13:30

Vəli Qasımov: Eşitmişəm ki, Dnepr də ofsayddan qol vurub, odu ki, burada siyasət də rol oynaya bilər

Futbol mütəxəssisi Vəli Qasımovun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"ın Avropa Liqasındakı İtaliya "İnter"i ilə son oyunu təmiz qolumuzun sayılmaması ilə nəticələndi. Siz həmin epizodla bağlı nə deyə bilərdiniz?
- "Qarabağ"a qarşı doğrudan da ədalətsiz hərəkət etdilər. Bütövlükdə, oyuna görə "Qarabağ" "İnter"dən zəif təsir bağışlamadı, əksinə yaxşı çıxış etdi. Qol da təmiz idi. Burada heç mübahisəyə də ehtiyac yoxdur. Sadəcə, hakim yanlış qərarı ilə bütün arzularımızın üzərindən xətt çəkdi. Ağdamlıları bu şansdan məhz hakimlər məhrum etdilər.

- Kimlərsə bunda siyasi amillərin olduğunu deyir. Siz bu nəzəriyyə ilə razısız?
- Düzü, bu barədə dəqiq söz deməkdə çətinlik çəkirəm. Eşitmişəm ki, "Dnepr" də Kiyevdə "Sent-Etyen"ə ofsayddan qol vurub. Ola bilər ki, siyasi amillərin də təsiri var. Amma dəqiq nəsə demək olmur. Fakt isə budur ki, baş hakim "Qarabağ"ın növbəti mərhələyə yüksəlməsinə imkan vermədi. Amma hər şeyə rəğmən, Ağdam klubunu sərgilədiyi oyuna görə təbrik etmək olar.

- Futbolçu karyeranızda belə səhvlə rastlaşmışdınız?
- Etiraf edim ki, yox. Mən bunu əksini görmüşdüm.

- "Qarabağ" artıq UEFA-ya şikayət ünvanlayıb. Sizcə, ağdamlıların qələbəsi bərpa oluna bilər?
- Buna inanmıram. Futbolda bu və buna oxşar hadisələr çox olsa da, nəticə dəyişmir. Ən yaxşı halda hakimlərə ciddi cəza veriləcək. İstənilən halda "Qarabağ" öz oyunu ilə növbəti mərhələyə adlamağa layiq olduğunu göstərdi. Özü də təmsilçimiz bəxt sayəsində yox, öz zəhməti sayəsində buralara qədər irəliləmişdi.

- Bu mövsümü komandamız üçün uğurlu sayırsınız?
- "Qarabağ" bütün Azərbaycan klublarına Avropada necə oynamaq lazım olduğunu göstərdi. Əlbəttə, ağdamlıların bütün rəqiblərindən güclü olduğunu deyə bilmərik. Amma ən azından güclü rəqibləri ilə baş-başa mübarizə aparmağı bacardı. Bütövlükdə, komandanın çıxışını uğurlu hesab edirəm. Hətta növbəti mərhələyə yüksələ bilməsələr də belə.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.