14 dekabr 2014 12:35
Qəbələ - Qarabağ matçı təxirə salına bilər
Bu gün Topaz Premyer Liqasının 16-cı turu çərçivəsində keçirilməli olan "Qəbələ" - "Qarabağ" oyunu baş tutmaya bilər. Azerisport.az xəbər verir ki, ölkənin əksər ərazilərində olduğu kimi, Qəbələdə də hazırda çox güclü duman var.
Əgər bu vəziyyət oyun saatına kimi dəyişməsə, sözügedən qarşılaşma bu gün keçirilməyəcək.
Qeyd edək ki, "Qəbələ" - "Qarabağ" matçı saat 15:00-da start görürməlidir.
