14 dekabr 2014 11:40
Lans Azərbaycandan pulunu aldı
Azərbaycan Fransanın "Lans" klubuna 2 500 000 avro pul ayırıb. Azerisport.az xəbər verir ki, sözügedən klub aldığı bu pulla qış transferlərini həyata keçirəcək.
Qeyd edək ki, bu pulun ödəniləcəyinə zəmanət bir müddət öncə Azərbaycanın gənclər və idman naziri Azad Rəhimovun Fransaya səfəri çərçivəsində verilmişdi. Tərəflər arasında bu əməkdaşlığın bundan sonra davam etdirilməsi də müzakirə olunmuşdu.
