14 dekabr 2014 11:27

Dodo: Qarabağ Avropa Liqasının pley-offuna çıxmağa layiq idi

"Qəbələ"nin yarımmüdafiəçisi Dodonun azerisport.az saytına müsahibəsi

- "Qarabağ"la oyundan nə gözləyirsiz?
- Bizi çətin rəqiblə ağır oyun gözləyir. Futbol elə oyundu ki, həmişə güclü komandalar qalib gəlmir. Biz meydanda bir-birimizlə anlayışlı oynasaq, "Qəbələ" yaxşı oyun sərgiləyə bilər. Belə olan halda nəticənin də yaxşı olması mümkündür.

- Dorinel Muntyanunun istefasını necə qarşıladınız?
- Bu, mənim üçün sürpriz oldu. Pis nəticələrə rəğmən, onun istefa verəcəyini düşünmürdüm. Buna tək mən təəccüblənmədim. Komanda yoldaşlarım da bunu gözləmirdilər.

- Sizcə, niyə onda "Qəbələ" ilə yaxşı nəticələr qazanmaq alınmadı?
- Deyə bilmərəm. Çoxlu səbəb göstərmək olar. Bir şey aydındı ki, o da nəticələrin pis olmasıdır.

- "Qarabağ" - "İnter" matçına baxdınız?
- Ağdamlıların bu mövsüm avrokuboklardakı çıxışı mənim xoşuma gəldi. Bir növ "Qarabağ"ın fanatına çevrilmişdim. Onlar möhtəşəm oyun sərgiləyirdilər.

- "İnter"lə oyunda sayılmayan qol barədə nə deyə bilərsiz?
- Onların qələbəsini əldən aldılar. Komanda Avroliqanın pley-offuna çıxmağa layiq idi. Turniri bu şəkildə tərk etmək çox üzücüdür.

- Rəqibiniz psixoloji cəhətdən pis vəziyyətdədir...
- Biz 11 nəfərlə 11 nəfərə qarşı oynayacağıq. "Qarabağ" yaxşı komandadır. "Qəbələ"də də yaxşı oyunçular var. Biz maksimum güc qoyacağıq ki, bu yaxşı komandaya qalib gələk.

Похожие новости

Futbol 31 oktyabr

Xırdalan Media Team — Azərbaycan Media Liqasinin parlaq gücü

Xırdalan Media Team Azərbaycan Media Liqasının ən tanınmış və populyar komandalarından biridir.
Futbol 18 aprel

“Misli”dən canlı oyunlara misli görünməyən əmsalllar fürsəti

Qanuni idman mərc oyunları “Misli” böyük oyunlar üçün xüsusi fürsətlər yaradır. “Misli” dünya futbolunda hər həftə keçirilən əhəmiyyətli oyunlara Misli Görünməyən Əmsallar təklif edir.
Futbol 12 fevral

Nikola Yurçeviç мətbuat konfransı keçirib

Bu gün Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının baş məşqçisi Nikola Yurçeviçin mətbuat konfransı keçirilib.
Futbol 22 mart

Qurban Qurbanov: Əvvəl Qarabağla Çempionlar Liqasının qrup mərhələsinin oyunlarının Olimpiya stadionunda keçirilməsinin tərəfdarı deyildim

Martın 23-də, Bakı Olimpiya Stadionunda Belarus yığması ilə yoldaşlıq oyunu keçirəcək Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanovun bu gün mətbuat konfransında səsləndirdiyi fikirləri azerisport.az diqqətinizə çatdırır:
Futbol 07 mart

AFFA-nın XXV növbəti Konfransı keçirilib

Bu gün Bulvar otelində Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) XXV növbəti Konfransı keçirilib.
Futbol 09 fevral

Qurban QURBANOV: Billiatın klubu bizdən transfer pulu istəmişdi, amma 2 500 000 avro yox

Azerisport.az «Qarabağ» futbol klubunun baş məşqçisi Qurban Qurbanovun müsahibəsini təqdim edir.
Futbol 01 fevral

Samir ABASOV: Yüzdə yüz mən futbolçu Samir Abasovu bəyənməzdim

Bu gün "Sumqayıt" futbol klubunun baş məşqçisi Samir Abasovun 40 yaşı tamam olur.
Futbol 12 yanvar

İradə Quliyeva: O vaxt öz kapitan sarğımı ona hədiyyə etmişdim

Azerisport.az əməkdar məşqçi İradə Quliyevanın müsahibəsini təqdim edir.
Futbol 12 yanvar

Reytinq cədvəli açıqlanıb

FİFA milli komandaların növbəti reytinq cədvəlini açıqlayıb.