14 dekabr 2014 00:25
Millimizin yarımmüdafiəçisi üçün səfər qələbəsi
Futbol üzrə Almaniya 2-ci Bundesliqasında 17-ci turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna" da növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Frankfurt"un qonağı olub. Oyun 2:0 hesabıyla Düsseldorf təmsilçisinin xeyrinə başa çatıb. Erat start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
Qeyd edək ki, "Fortuna" hazırda 28 xalla 4-cü pillədədir.
