14 dekabr 2014 00:10
Budak 90, Cavadov 28
Futbol üzrə Türkiyə PTT 1-ci Liqasında 13-cü turun oyunları keçirilib. Azerisport.az xəbər verir ki, Azərbaycan yığmasının üzvləri - Ufuk Budak, Vaqif Cavadov və Rəhman Hacıyevin komandası - "Qaziantep BB" də növbəti matçına çıxıb.
Sözügedən komanda səfərdə "Bucaspor"un qonağı olub. Oyun 1:1 hesabıyla başa çatıb. Ufuk qarşılaşmanın ilk dəqiqələrindən meydana çıxıb və 90 dəqiqə oynayıb. Ehtiyat oyunçular skamyasında yer alan Vaqif 62-ci dəqiqədən etibarən döyüşə atılıb. Rəhmanın adı isə ümumiyyətlə, matçın iştirak ərizəsində yer almayıb.
Qeyd edək ki, "Qaziantep BB" hazırda 15 xalla 11-ci pillədə yer almaqdadır.
